Son Xəbər: Peskov: KTMT Ermənistanın fəaliyyətsizliyinə reaksiya verəcək, Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT Komitəsində qəbul edilib, Tehran zənginləşdirilmiş uranın ölkədə saxlanılması barədə qərarını Moskvaya çatdırıb, UEFA Millətlər Liqası: Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb, İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib, Cənubi Koreyada avtobus 30-dan çox avtomobillə toqquşub, 57 nəfər xəsarət alıb, Lavrov: Ermənistandan KTMT-dən çıxmaqla bağlı müraciət daxil olmayıb, Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar, Bolqarıstanda zəncirvari iki yol qəzasında ölənlərin sayı 11-ə yüksəlib, 48 nəfər xəsarət alıb - Yenilənib, Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib,

Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT Komitəsində qəbul edilib

Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT Komitəsində qəbul edilib

Tarix: Bugün, 15:33

Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT Komitəsində qəbul edilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş A/C.3/81/L.24 nömrəli "İtkin düşmüş şəxslər" adlı qətnamə Üçüncü Komitənin (Sosial, Humanitar və Mədəniyyət Məsələləri) 41-ci plenar iclasında konsensusla qəbul edilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Noyabrın 10-da qəbul edilən qətnaməyə müxtəlif regionları təmsil edən 63 üzv dövlət həmmüəllif qismində qoşulub.

Azərbaycanın ilk dəfə 2002-ci ildə Baş Assambleyanın 57-ci sessiyasında irəli sürdüyü və uzun illərdir davam etdirdiyi bu təşəbbüs itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüquq, habelə müvafiq hallarda beynəlxalq insan hüquqları hüququ ilə tamamlanan öhdəlikləri bir daha təsdiq edir.

Qətnamədə silahlı münaqişə tərəfi olan dövlətlərə şəxslərin itkin düşməsinin qarşısını almaq və itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək məqsədilə bütün müvafiq tədbirləri görmək barədə çağırış vurğulanır.

Eyni zamanda, itkin düşmüş şəxslərlə bağlı halların cinayət əməli təşkil edən hərəkətlərlə əlaqəli olduğu xatırladılır və itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanır.

Qətnamədə dövlətlər itkin düşmüş şəxslərlə bağlı məsələlərin həllində, o cümlədən dəfn yerlərinin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və qorunub saxlanılması yolu ilə əməkdaşlığa çağırılır. Qətnamədə bu kontekstdə, ilk dəfə olaraq, fərdi, kollektiv və kütləvi məzarlıqlara açıq şəkildə istinad edilir.

Həmçinin, qətnaməyə sülh və sülh quruculuğu prosesləri kontekstində itkin düşmüş şəxslər məsələsinin həllinin əhəmiyyətini vurğulayan, onların taleyinin müəyyənləşdirilməsi məqsədilə bu məsələnin qeyd olunan proseslərə inteqrasiyasını təşviq edən yeni müddəalar da daxil edilib.

Qətnamədə, habelə minaların, müharibənin partlayıcı qalıqlarının və kustar üsulla hazırlanmış partlayıcı qurğuların itkin düşmüş şəxslərin olduğu yerin müəyyənləşdirilməsi istiqamətində səylərə maneə törətməsindən narahatlıq ifadə edilir.

Bundan əlavə, BMT Baş katibindən qətnamənin icrası ilə bağlı İnsan Hüquqları Şurasına və Baş Assambleyaya hərtərəfli hesabat təqdim etməsi sorğu olunur.

Qətnamədə müvafiq BMT qurumlarının və Baş Assambleyanın müşahidəçilərinin iştirakı ilə Baş Assambleyanın yüksək səviyyəli qeyri-rəsmi iclasının çağırılması və həmin iclasda BMT Baş katibi tərəfindən məruzə ilə çıxış edilməsi və ardınca interaktiv dialoqun keçirilməsi xahiş olunur.

"İtkin düşmüş şəxslər" adlı qətnamənin konsensusla qəbul edilməsi bu aktual humanitar problemin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin ortaq öhdəliyinə dair güclü bir mesajdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR