Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

"İnfilyasiyasının 20%-dən artıq olduğu bir dövrdə meyvə istehsalçısı nə etməlidir ki?!" - ETİRAZ

"İnfilyasiyasının 20%-dən artıq olduğu bir dövrdə meyvə istehsalçısı nə etməlidir ki?!" - ETİRAZ

Tarix: 8-07-2022, 12:15

"İnfilyasiyasının 20%-dən artıq olduğu bir dövrdə meyvə istehsalçısı nə etməlidir ki?!" - ETİRAZ


“Sosial şəbəkələrdə, mediada bir çox adam meyvələrin baha olmasından şikayət edir, başadüşüləndir, amma obyektiv baxış deyil”.


AzToday.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli özünün sosial şəbəkə hesabında yazıb. O bildirib ki, ölkədə hər şey baha olduğu üçün istehsalçılar da məcbur qiymətləri artırmalı olurlar:


“Ölkədə meyvə istehsalçıları il boyu gözlərini 2-3 ay mövsümdə qazanacaqları pula dikiblər, məmləkətdə hər şeyin baha olduğu, ərzaq infilyasiyasının rəsmi rəqəmlərə görə 20%-dən artıq olduğu bir dövrdə meyvə istehsalçısı nə etməlidir ki?! Əgər öz gilasını, almasını, albalısını, əriyini satıb əvəzində baha un, yağ, ət almalıdırsa, qiyməti artırmaqdan başqa nə yolu qalır?!


Başqa bir dərdləri də odur ki, “bağdan süfrəyə” məhsulları çatana qədər 10 əl dəyişir, onların birbaşa bazara çıxışı da yoxdur, söhbət ondan getmir ki, hər fermerə şəhərdə bir “piştaxta” verilsin, bu heç istehsalçıya da sərf etməz – fermer hər gün öz bağından 3-5 yeşik meyvə yığırsa bunu gündəlik Bakıya gətirib satmaq sərf etməz, heç yol xərcini ödəməz. Amma ölkədə normal sistem qurulsaydı, dövlət konkret dəstək göstərsəydi, məsələn, hər kənddən növbəli sistem ilə gündə 1 fermer həm öz, həm də həmkəndlisinin malını Bakıya gətirib satar, pulunu da gətirib kəndliyə verərdi. Bu sistem qurulsa hər kənddə fermerə ayda 1-2 dəfə bazara mal gətirmək növbəsi düşərdi. Bir şərtlə ki, şəhərdə satış yeri üçün pul verməsin, yolda ona DYP-lər ondan pul-para almasınlar – vəssalam, bu zaman fermer də qazanar, əhali də daha ucuz mal-məhsul alardı.


Amma supermarketlərlə süslənmiş, “bravolaşmış” məmləkətdə bu şəbəkə marketlərə sərf etmir axı, ona görə də belə bir sistemin qurulmasında maraqlı deyillər. Qaragün kəndli min bir əziyyətlə öz malını şəhərə çatdırıb hansısa metronun qarşısına yeşik düzüb satmaq istəsə də 10 yerdən “əliqovluqlular” və “əlidəyənəklilər” peyda olurlar…”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR