“Uca Tanrıya dua edirəm ki, bu bəlanı evlərimizdən və ailələrimizdən uzaq etsin!”
Birinci vitse-prezident Mehriban Əliyeva koronavirus epidemiyasının ölkədə yayılması ilə bağlı Azərbaycan xalqına çağırış edib. Mehriban-aliyeva.az saytında yayımlanan çağırışda deyilir: “Əziz həmvətənlərim! Vətənimizə, bizim ümumi evimizə bəla gəlib. Çox təəssüf ki, məkrli xəstəliyin epidemiyası...