Son Xəbər: Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib, İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək - Eksklüziv, Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib - YENİLƏNİB, Sabah yağış yağacaq - Proqnoz, DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb, Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək, FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb, Prezident: "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir, Azərbaycan neftinin qiyməti 106 dollara düşüb, Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb,

Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib - YENİLƏNİB

Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib - YENİLƏNİB

Tarix: Bugün, 14:29

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib.

O, bu barədə mediaya açıqlamasında məlumat verib.

“Fövqəladə bir vəziyyət yaranmasa, 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, – Türkiyə Prezidenti bildirib.

Ərdoğan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin klassik diplomatik təmasların çox fövqündə olduğunu vurğulayıb: “İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və İnşallah, gələcəyimizin məhsuludur. Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”.

***

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günündə Azərbaycana səfər edəcəyini bildirib.

Bu barədə NTV məlumat yayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR