Son Xəbər: DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb, Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək, FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb, Prezident: "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir, Azərbaycan neftinin qiyməti 106 dollara düşüb, Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb, Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq, ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb, Azərbaycan gələn il xaricdəki diplomatik nümayəndəliklərinə 230 milyon manat xərc çəkəcək, Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib,

FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb

FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb

Tarix: Bugün, 11:24

Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb.

Bu barədə dövlət qurumu məlumat yayıb.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi proqnoza əsasən, günün ikinci yarısından etibarən qarşıdakı günlər ərzində ölkə ərazisində, həmçinin paytaxt Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit olacağı gözlənilir. Proqnozlara görə, güclü külək müşahidə ediləcək, müxtəlif ərazilərdə intensiv yağıntılar yağacaq, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın ehtimalı var, eyni zamanda şimşək çaxması da proqnozlaşdırılır.

Nazirliyin müraciətində vətəndaşlara güclü külək şəraitində yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq olmaq, elektrik dirəkləri və naqillərinin, habelə hündür ağacların yanında dayanmaqdan çəkinmək tövsiyə olunur.

Həmçinin güclü küləyin yanğınların söndürülməsinə ciddi maneələr yaratdığını nəzərə alaraq, küləkli havada yanğın təhlükəsizliyi normalarına xüsusi diqqət yetirilməsi vacibdir. Bundan əlavə, kiçikhəcmli gəmi sahibləri bu cür hava şəraitində dənizə çıxmağın qadağan edildiyi barədə xəbərdar olmalıdırlar.

Bununla yanaşı, intensiv yağıntılar nəticəsində bəzi çaylarda baş verə biləcək sel, daşqın və subasma hallarından qorunmaq məqsədilə təhlükəli zonalardan uzaq durmaq, bu cür vəziyyətlə qarşılaşdıqda dərhal ən yaxın hündür əraziyə çıxmaq, xilasetmə qüvvələrinin göstərişlərinə və tövsiyələrinə qeyd-şərtsiz əməl etmək zəruridir.

Eyni zamanda, ildırım təhlükəsindən müdafiə olunmaq üçün ildırım zamanı elektrik avadanlıqlarını şəbəkədən ayırmaq, telefon vasitəsilə (sabit xətt, mobil telefon, taksofon və digər vasitələrlə) danışıqdan imtina etmək, açıq ərazidə olarkən elektrik xətlərinə, ildırımötürücülərə, navalçalara və antenalara yaxınlaşmamaq, hündür ağaclar altında sığınmamaq lazımdır. Avtomobil idarə edənlərə isə hərəkəti saxlayıb pəncərələri bağlayaraq ildırımın sona çatmasını gözləmək məsləhət görülür.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR