Son Xəbər: Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib - YENİLƏNİB, Sabah yağış yağacaq - Proqnoz, DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb, Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək, FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb, Prezident: "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir, Azərbaycan neftinin qiyməti 106 dollara düşüb, Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb, Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq, ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb,

Sabah yağış yağacaq - Proqnoz

Sabah yağış yağacaq - Proqnoz

Tarix: Bugün, 13:08

 Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 6-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Xidmətdən bildirilib ki, gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv yağış olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir havanın yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli yağışların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi, gecə saatlarında yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-18° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacaq.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR