Son Xəbər: Sabah yağış yağacaq - Proqnoz, DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb, Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək, FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb, Prezident: "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir, Azərbaycan neftinin qiyməti 106 dollara düşüb, Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb, Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq, ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb, Azərbaycan gələn il xaricdəki diplomatik nümayəndəliklərinə 230 milyon manat xərc çəkəcək,

DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb

DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb

Tarix: Bugün, 12:42

DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb

İrandan Azərbaycana dron vasitəsilə narkotik vasitələrin qaçaqmalçılığını edənlər saxlanılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı tərəfindən dron vasitəsilə Biləsuvar rayonunun Cəbrayıl qaçqın şəhərciyinin yaxınlığında xüsusilə külli miqdarda narkotik vasitələrinin qaçaq yolla keçirilməsinin təşkil edildiyi müəyyən olunub.

Keçirilmiş tədbirlər çərçivəsində narkotik vasitələri ərazidən götürüb sonradan satışını təşkil etmək məqsədilə gələn Azərbaycan vətəndaşları Rüfət Bayram oğlu Bədəlov və Rüstəm Əli oğlu Muxtarov cinayət başında yaxalanaraq saxlanılıb, onlardan 14 kq 158 qram qurudulmuş marixuana, 979 qram metamfetamin və 23.1 qram tiryək aşkar edilərək götürülb.

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR